27 sentyabr Anım Günü münasibəti ilə “Azeurotel” MMC – nin 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.
Keçirilən görüşə şəhid Nurəhməd Ulubəyovun və Mürsəl Kazımlının yaxınları dəvət edilib. Tədbir zamanı döyüş qəhrəmanlarının əziz xatirəsi yad edilib, onların Vətən yolunda göstərdikləri şücaət və fədakarlıqlardan söz açılıb.
Qeyd edək ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə ordu sıralarına yollanan Nurəhməd Ulubəyov Cəbrayıl, Mürsəl Kazımlı Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.
“Azeurotel” MMC şəhid əməkdaşların xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin ehtiramla yad edilməsi istiqamətində tədbirlərini mütəmadi davam etdirəcək.
sПонедельник — Пятница с 09:00 до 18:00 часов.
© 2023 «Azeurotel».