Daxil olan İnternet sürətini (Download)
— İnternet şəbəkəsindən məlumatların cihazınıza daxil olması.
Çıxan İnternet surəti (Upload)
— Sizin cihazdan məlumatların İnternet şəbəkəsinə yayımlanması.
PING-in öyrənilməsi
— Sizin provayderdən yoxlama serverinə qədər məlumatların ötürülməsinə sərf olunan müddət.
Qoşulmanın sürəti bir sıra amillərdən asılı olaraq dəyişir :
— Buna səbəb rabitə xətti
(fiber – optik, fiziki kabel və s.), provayder, eyni vaxta istifadəçilərin sayı və s. ola bilər.
Əgər göstərilən nəticə provayderin verdiyi sürətdən 10 %
azdırsa, ehtimal olunur ki, bu şəbəkə problemidir(məsələn, magistral və ya əsas marşrutizatorda qəza olub) Əgər bu baş veribsə, sadəcə olaraq testi bir müddət sonra təkrarlayın.