«Azeurotel» 20 ildən artıqdır ki, Azərbaycanın rabitə bazarında informasiya texnologiyaları və telekommunikasiya sahəsində özünə məxsus mövqeyə malikdir. Bu illər ərzində qazanılan təcrübə və biliklər müxtəlif sahələrdə çalışan müştərilərimiz üçün ən mürəkkəb layihələri belə uğurla başa catdırmağa imkan yaradıb.
«Azeurotel» 1996-ci ildə yaradılmış və yarandığı vaxtdan etibarən telekommunikasiya dünyasının ən güclü müasir şəbəkə və avadanlıqlarından istifadə edərək müştəri məmnuniyyətini özünün əsas prioriteti elan etmişdir. «Azeurotel» müxtəlif vaxtlarda ən yaxşı keyfiyyətə, ən yaxşı ticarət markasına və ən yaxşı menecmentə görə 5 nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür.
Fərdi və korporativ Müştərilərimizə geniş telekommunikasiya xidmətləri spektorunu təqdim edirik:
Bu gün xidmətlərimizdən 25000-dən artıq abunəçi istifadə edir, onların içində xarici dövlətlərin səfirlikləri, nüfuzlu banklar və ölkənin aparıcı şirkətləri üstünlük təşkil edir. Fərdi və korporativ Müştərilərimizə müasir zamanın mühüm tələbi olan keyfiyyətli fiber-optik xətt üzərindən GPON texnologiyası əsasında xidmətlərin verilməsi gündəmdə duran mühüm məsələlərdən biridir.
«Azeurotel» Bakı şəhərini əhatə edən özünə məxsus bazası əsasında təsbit olunmuş yüksək səviyyəli rabitə xidmətlərini təşkil edir. Bizim işimizin əsas prinsipi sərfəli qiymət və yüksək səviyyəli xidmətlərin təminatıdır. Şirkətimizin bu gün müasir texnologiyalardan istifadə etməsi müxtəlif istiqamələrdə (şəhər telefon rabitəsi, beynəlxalq və şəhərlərarası telefoniya) fərdi və korporativ Müştərilərə xidmət göstərməyə imkan verir.
Bizi seçməklə Siz :
— 20 ildən artıq telekommunikasiya xidmətlərinin göstərilməsində yaranan təcrübə;
— Geniş Telekommunikasiya xidmətləri və müxtəlif xidmət spekteri;
— Yüksək keyfiyyətli xidmət;
— Xidmətlərin qoşulmasında və texniki məsələlərin həllində operativlik;
— Aldığı xidmətin kiçik və ya böyük olmasından asılı olmayaraq hər bir müştəriyə fərdi yanaşma;
— Müştərilərin ehtiyaclarının təmin edilməsinə kompleks yanaşma;
— 7/24 yüksək səviyyəli texniki dəstək;
— Hər zaman Sizə yardım etməyə hazır olan təcrübəli və gülərüz əməkdaşların peşəkar xidmətini əldə edəcəksiniz.
Ümüdvarıq ki, Sizə biznesinizin effektivliyini artırmaq üçün məqsədyönlü yollar axtarmaqda və bu zaman seçiminizin öncül həll olmağında əminlik yaradacaq. Seçim etdiyiniz həllərin həyata keçirilməsini isə peşəkarlarımızlara etibar edəcəyinizə inanırıq. Cünkü biz müasir işguzar dünyanın həqiqətlərinə daha dəqiq münasib olmağa çalışır, Müştərilərimizə ənənəvi məsələlərin həlli üçün ən tərəqqi və orijinal üsullar təklif edirik.
sПонедельник — Пятница с 09:00 до 18:00 часов.
© 2023 «Azeurotel».